Hindistanda yeni doğulan körpə dünya mediasının diqqətini çəkib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sancılarla xəstəxanaya çatdırılan 38 yaşlı Rama Devi qeyri-adi uşaq dünyaya gətirib. Belə ki, körpənin iki üzü, dörd qolu və iki ayağı olması hər kəsi təəccübləndirib.
Qeyri-adi uşağı görən xəstəxana işçiləri onu sürətlə çölə çıxararaq insanlara göstəriblər.
Qeyd olunur ki, körpə doğulduqdan 5 saat sonra dünyasını dəyişib.