"Gürcüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti əhəmiyyətli dərəcədə yaxşılaşıb".
"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rati Breqadze deyib.
"Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək, təbii ki, müvafiq qərar qəbul edildikdə bu baş tutacaq. Onun səhhəti kəskin şəkildə yaxşılaşıb və mən ona cansağlığı arzulayıram. Prinsip çox sadədir məhkum cəzasını islah müəssisəsində çəkməlidir", - Breqadze bildirib.
Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-i gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Gürcü siyasətçi 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasında müalicə olunur.
Gülayə Mecid