BMT Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 500-ə çata biləcəyini bildirib.

"Unikal" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) açıqlayıb.

Açıqlamada bildirilib ki, ölkənin cənubundakı Qofa dağlıq bölgəsində güclü yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində aralarında qadın və uşaqların da olduğu 257 nəfər həyatını itirib, 12 yaralı xəstəxanaya yerləşdirilib. 

Ölənlərin sayının artacağı istisna edilmir.

Zərifə Nağıyeva