ABŞ-də siçanlardan yayılan sağalmaz hantavirusdan dörd nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, virus gəmiricilərin nəcisi ilə ötürülür. Normalda ildə 30 hadisə olduğu halda, bəzi bölgələrdə artım var. Mütəxəssislər isti dalğaların və iqlim dəyişikliyinin təsirli ola biləcəyini düşünürlər. Hantavirus Ağciyər Sindromu ağciyərlərə zərər verə bilər və tənəffüs çatışmazlığına səbəb ola bilər və ölüm nisbəti 50% təşkil edir.
Gülayə Mecid