"Altı saatdan az yatan insanların erkən ölüm riski 30% artır".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
"Gecədə altı saatdan az yuxusu olan insanlarda ürək-damar xəstəliklərinə tutulma riski 48% daha yüksəkdir", - o, bildirib.
Nazir qeyd edib ki, yuxusuzluğun koqnitiv funksiyalara və yaddaş proseslərinə necə təsir etməsi ilə bağlı araşdırmalar davam edir. Muraşkonun sözlərinə görə, yuxunun olmaması idrak funksiyasını və məhsuldarlığı 40% azaldır.
O, həmçinin bildirib ki, gündə 20 dəqiqə fiziki fəaliyyət ürək-damar xəstəlikləri riskini 30%, maddələr mübadiləsinin pozulması riskini isə 50% azalda bilər. Nazir əlavə edib ki, aşağı aktivlik piylənmə ilə bağlıdır və bu da öz növbəsində 12 növ xərçəngin inkişafına təkan verə bilər.
Gülayə Mecid