Ermənistanın alternativlər axtarması İrəvanın Moskva ilə münasibətlərinin pisləşməsi demək deyil.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət katibinin Avropa və Avropa məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim bəyan edib.
O, bu barədə “Cənubi Qafqazda yeni regional nizamın yaradılmasında ABŞ-nin rolu” adlı müzakirələrdə məruzəçi kimi çıxış edərkən bildirib: "Ermənistan alternativlər axtarır. Bu o demək deyil ki, onun Rusiya ilə münasibətləri pisləşir. Biz Ermənistanın münasibətlərinin şaxələndirilməsinə, təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi rifahına və düşməni ilə sülh müqaviləsi imzalanmasına yönəlmiş səylərinə mümkün qədər dəstək verməyə çox can atırıq".
Diplomat Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarından da bəhs edib. O, vurğulayıb ki, Vaşinqton sülh sazişinin imzalanmasına kömək etmək üçün İrəvanla Bakı arasında əlaqələr yaratmağa çalışır.
Ağarza Elçinoğlu