Bir sıra cinayətlərə görə axtarışda olan Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin adı ölkədə terror aktının və hakimiyyəti devirmək üçün sui-qəsdin, o cümlədən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri və qurucusu Bidzina İvanişvilinin qətlinin hazırlanması ilə bağlı işdə hallanır.
"Unikal"ın məlumatına görə, bunu "Vahid Milli Hərəkat" partiyasından olan deputat Laşa Ruxaya deyib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti təsdiqləyib ki, digər məsələlərlə yanaşı, İvanişvilinin qətlinin hazırlanması ilə bağlı araşdırma aparılır. Son günlər Dövlət Təhlükəsizliyi Xidməti bir neçə nəfəri dindirib.