MDB ölkələri arasında alıcılıq qabiliyyəti pariteti (PPP) üzrə orta nominal əmək haqqına görə ölkələrin ardıcıllığı açıqlanıb.
"Unikal" xəbər verir ki, ən yüksək nominal əmək haqqı Rusiyadadır (3156 dollar), Belarus ikinci yerdədir - 2909 dollar. Qazaxıstanda da təxminən eyni rəqəmlə (2894) üçüncü yerdədir.
Dördüncü yerdə 2217 dollarla Azərbaycan qərarlaşıb.
Göstəricilər hazırlanarkən əsas kimi valyutanın hər bir ölkədə onunla alına bilən malların sayı ilə müqayisəsi götürülüb.
Məsələn, Rusiyada 73 709 rubl ABŞ-da 3 156 dollar olduğu qədər mal və xidmət ala bilər.