ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasındakı daxili vəziyyətə görə yenidən seçilmək planlarından imtina etmək qərarına gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, demokratlar əslində öz namizədlərini kənarlaşdırıblar.
“Bu, inqilab idi. Onun namizədliyinin irəli sürülməsini istəmirdilər. O, soröularda çox aşağı nəticə yığırdı və onlar onun uduzacağını düşünürdülər. Demokratlar Baydenin yanına gəlib dedilər: sən seçkini qazana bilməzsən”, - deyə Tramp izah edib.
O, əlavə edib ki, Demokratlar Partiyasının nümayəndələri Baydenə xoş münasibət bəsləsələr də, pərdə arxasında siyasətçiyə qarşı kifayət qədər sərt davranıblar. Tramp vurğulayıb ki, ABŞ prezidentinin “yeni nəsil” lehinə yarışdan çıxdığını elan etdiyi xalqa sonrakı müraciəti dəhşətlidir.
"Onun problemləri varmış kimi görünürdü. Bu, yaxşı çıxış deyildi", - ABŞ-nin keçmiş prezidenti yekunlaşdırıb.