Gürcüstanın ədliyyə naziri Rati Breqadze milyarder və hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu Bidzina İvanişvilinin ölkə prezidenti ola biləcəyini istisna etməyib.
"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, siyasətçi bu postda yaxşı nəticələr əldə edə bilərdi.
"İvanişvili, əgər o, prezidentliyə namizəd olmaq qərarına gəlsə, əminəm ki, Gürcüstan tarixində ən yaxşı prezident olacaq", - Breqadze qeyd edib.
İvanişvilinin özü hələ ki, prezidentlik ambisiyalarından danışmayıb;.
Gürcüstan qanunlarına görə, yeni prezidenti parlament üzvləri və regional nümayəndələr seçirlər. Dövlət başçısı payızda ölkədə parlament seçkiləri keçirildikdən sonra müəyyənləşəcək.