Mərakeşdə anomal istilər nəticəsində mərkəzi Beni Mellal şəhərində son 24 saat ərzində ən azı 21 nəfər ölüb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Mərakeş Meteorologiya Departamenti Mərakeşin böyük hissəsində bazar ertəsindən çərşənbə gününə qədər temperaturun kəskin yüksəldiyini və bəzi ərazilərdə 48 dərəcəyə çatdığını bildirib.
"Beni Mellalda ölümlərin əksəriyyəti xroniki xəstəliklərdən əziyyət çəkən insanlar və qocalar arasında olub, çünki yüksək temperatur onların səhhətinin pisləşməsinə səbəb olub", - deyə regional səhiyyə idarəsi bildirib.
Kasablankadan 200 kilometrdən çox cənub-şərqdə yerləşən Beni Mellalda havanın temperaturu cümə axşamı günü 43 dərəcə olaraq qalıb.
Meteorologiya departamentinin məlumatına görə, yaxın günlərdə temperaturun düşəcəyi gözlənilir.