ABŞ-nin vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debata hazır olduğunu bildirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, debatın sentyabra planlaşdırıldığını deyib.
"Mənə debatla bağlı sual verilib və sizə deyəcəyəm ki, Donald Trampla debat etməyə hazıram. Debatın əvvəllər razılaşdığı kimi, sentyabrın 10-da keçirilməsinə razılaşdım. O da bununla razılaşdı", - deyə Harris qeyd edib.