Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsd nəticəsində yaralanan keçmiş ABŞ prezidenti Donald Tramp FTB direktoru Kristofer Wreyi hadisə ilə bağlı səriştəsiz araşdırmasına görə tənqid edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
“FTB direktoru Kristofer Wray dünən Konqresə deyib ki, mənim qəlpə, şüşə və ya güllə ilə vurulduğuma əmin deyil. Lakin FTB yoxlama da etməyib”, – siyasətçi yazıb.
Trampın sözlərinə görə, xəstəxana bunun “qulağın güllə yarası” olduğunu təsdiqləyib.