Amerikalı iş adamı və milyarder İlon Mask İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Netanyahu özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
“Dünən Konqresdə çıxış etdikdən sonra Vaşinqtonda İlon Maskla görüşdüm. Biz süni intellektin imkanlarını və çətinliklərini, iqtisadiyyata və cəmiyyətə təsirini müzakirə etdik, İsraillə texnoloji əməkdaşlıq yollarını müzakirə etdik”, - Netanyahu bildirib.