Almaniya səfiri Hans Udo Motsel İran Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, alman polisinin bir sıra İslam mərkəzlərinin bağlanması ilə bağlı hərəkətindən sonra, səfirə bu gün Qərbi Avropanın baş direktoru tərəfindən xəbərdarlıq edilib: "Görüşdə düşməncəsinə hərəkəti pisləyən və insan haqlarının əsas prinsiplərinə zidd olmaqla yanaşı, İran İslam Respublikasının sərt etirazının səviyyəsi ona çatdırılıb".
Qərbi Avropanın baş direktoru Almaniya hökumətini bu cür dağıdıcı hərəkətlərin nəticələri barədə xəbərdar edib.
Almaniya səfiri bu çağırış iclasında vəziyyəti dərhal Almaniyanın müvafiq qurumlarına bildirəcəyini deyib.
Ağarza Elçinoğlu