Pentaqon Ukraynaya göndərilən sursat, raket və digər avadanlıqların hesablamalarında əlavə səhvlər aşkar edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ hökumətinin 25 iyul tarixli hesabatında deyilir.
Qeyd olunub ki, bu səhvlər Ukraynaya 2 milyard dollar dəyərində əlavə silah göndərməyə imkan verib.
ABŞ Müdafiə Nazirliyi mühasibat uçotu təriflərinin aydın olmaması səbəbindən Ukraynaya göndərilən müdafiə təyinatlı malların dəqiq qiymətləndirilməsində problemlərlə üzləşib.
Pentaqon öz hesabatında bildirib ki, heyət hərbi yardımı hesablamaq üçün silahların alınması və amortizasiyası zamanı qiymətindən çox əvəzedici dəyərdən istifadə edib.
Ağarza Elçinoğlu