Şimali Koreyalı hakerlər dünya üzrə şirkətlərdən məxfi məlumatları oğurlamaqda günahlandırılıb.
"Unikal" xəbər verir ki, ABŞ, Böyük Britaniya və Cənubi Koreya Şimali Koreyalı hakerlərin həssas hərbi məlumatları oğurlamaq məqsədilə dünyanın müxtəlif yerlərində müdafiə və mühəndislik firmalarının kompüter sistemlərini sıradan çıxartdığını iddia ediblər.
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) və Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) məsələ ilə bağlı birgə bəyanat yayıb.
Açıqlamada, Şimali Koreyanın dəstəklədiyi “Anadriel və ya APT45” adlı hakerlərin tank, sualtı qayıq, döyüş təyyarəsi, raket və radar sistemləri istehsalçıları da daxil olmaqla müxtəlif müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərini hədəfə aldığı bildirilib.
Zərifə Nağıyeva