Hindistanın Madhya Pradesh əyalətində bir mədənçi təxminən 95 min 500 dollar dəyərində 19,22 karatlıq almaz tapıb.

"Unikal" xəbər verir ki, mədənçi Raju Gound, ştatın Panna bölgəsində almaz tapmaq ümidi ilə dövlətdən mədən icarəyə götürüb.  Nə az,  nə də çox  kişi 10 ildən çoxdur ki, mədəndə almaz axtarışındadır. 

Gound, daşları süzərkən, şüşə parçasına bənzəyən bir şey gördüyünü və almaz tapdığını anladığını bildirib.

Tapdığı almazı səlahiyyətlilərə təhvil verdiyini bildirən Gound, 19,22 karatlıq almazın təxminən 95 min 500 dollar dəyərində olduğunu açıqlayıb.

Zərifə Nağıyeva