"ABŞ prezidentliyinə namizəd Donald Tramp rusofobiyadan əziyyət çəkən Amerika elitasının nümayəndəsidir. O, Rusiya üçün digər Amerika siyasətçilərindən çox da fərqlənmir" .
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskovdan "Trampın Ukraynaya 500 milyard dollar məbləğində kredit-lizinq ayırma prosesini başlada bilməsi" ilə bağlı sual verilib.
“Əlbəttə, biz bu məlumatı duyduq və digər müxtəlif açıqlamaları da qeyd edirik ki, biz heç vaxt çəhrayı rəngli eynək taxmamışıq və taxmırıq və qeyd etdiyiniz ABŞ prezidentliyinə namizədlərdən biri ABŞ-nin siyasi elitasının nümayəndəsidir. İndi tamamilə rusofobiyadan əziyyət çəkir” , - Peskov cavabında vurğulayıb.
O qeyd edib ki, məhz Trampın dövründə amerikalılar sanksiyalar yarışına başlayıb və Rusiyaya qarşı çoxlu sayda məhdudiyyətlər tətbiq ediblər.
Gülayə Mecid