FSB keçmiş müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakovu saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, yüksək rütbəli hərbçi korrupsiya cinayəti ilə bağlı saxlanılıb. Ordu generalı həbs olunduqdan sonra o, 2-ci istintaq təcridxanasına yerləşdirilib. FSB onun qanunsuz fəaliyyətinə səbəb olan səbəbləri və şərtləri müəyyən etmək üçün istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirir.
Dmitri Bulqakov 1976-cı ildə Lenin Komsomolu adına Volsk Ali Hərbi Təchizat Məktəbini, 1984-cü ildə Maddi-Texniki Təchizat və Nəqliyyat Hərbi Akademiyasını, 1996-cı ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
24 sentyabr 2022-ci ildə Dmitri Bulqakov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Müfəttişlər İdarəsinin baş müfəttişi təyin edilib.
Ağarza Elçinoğlu