Ermənistan hökuməti 22 milyona yaxın kitabı olan kitabxananı ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni deputat Qarnik Danielyan açıqlayıb.
Qeyd olunub ki, kitabxananın əməkdaşları avqustun 13-dən işsiz qalacaqlar.
"Hökumət həmçinin kitabxananın binasını müsadirə etmək qərarına gəlib. Yəqin ki, yerində yaşayış kompleksi tikmək iştahası yaranıb", - deputat yazıb.
Seymur Əli