"Əgər onlar Prezident Trampı öldürməyə cəhd etsələr, ümid edirəm ki, Amerika İranı yox edəcək, onu yer üzündən siləcək. Bu baş verməsə, Amerika liderləri qorxaq sayılacaqlar".

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp "Truth" sosial platformasında yazıb.

ABŞ mediası keçən həftə məlumat vermişdi ki, səlahiyyətlilər İranın onu öldürmək planından xəbər tutandan sonra ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirib.

Ağarza Elçinoğlu