Fransa və İsveçrə sərhədində yerləşən EuroAirport partlayış təhlükəsi səbəbindən boşaldılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir, partlayıcı qurğu ilə bağlı xəbər səhər saatlarında yayılsa da, liman günorta saatlarında fəaliyyətini bərpa edib.
Qeyd edək ki, hava limanı İsveçrənin Bazel, Fransanın Mulhouse və Almaniyanın Frayburq şəhərlərini birləşdirir.