İtaliya sahillərində 4 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumatına əsasən, episentri Bakoli bələdiyyəsindən 2 kilometr, Neapol şəhərindən isə 13 kilometr uzaqlıqda dənizdə olan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrə yaxın bələdiyyələrdə, eyni zamanda Kampi Fleqrey və Neapol şəhərlərinin müxtəlif məhəllələrində, Proketa və Arturo adalarında da hiss olunub.
Yeraltı təkandan dərhal sonra Neapolda ehtiyat tədbiri olaraq metronun hərəkəti dayandırılıb, hər hansı bir ziyan dəyib-dəyməməsinə görə yoxlamalar və monitorinqlər aparılıb. Mülki Müdafiə qüvvələrinin məlumatına görə, zəlzələ əhali tərəfindən hiss edilsə də, heç bir dağıntı törətməyib.