Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb. Bununla da Azərbaycan Paris olimpiadasında ilk medalı təmin edib.

H.Heydərov qızıl medal uğrunda qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

*** 15:35

Cüdoçumuz Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Artur Margelidonla üz-üzə gəlib. O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.

***14:01

Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

“Unikal" xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib. 

İdmançı rəqibini məğlub edərək 1/4 finala adlayıb. 
 

***12:36

Bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq Azərbaycan cüdoçusu Hidayət Heydərovun rəqibi bəlli olub.

"Unikal" xəbər verir ki, 73 kiloqramda çıxış edən idmançı 1/8 finalda israilli Tohar Bitbulla qarşılaşacaq.

T.Bitbul təsnifat mərhələsində əlcəzairli Reduan Masud Drisə ipponla qalib gəlib.

Xatırladaq ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.