İngiltərənin Sautport vilayətində bıçaqlı hücum baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində aralarında uşaqların da olduğu 8 nəfər yaralanıb.

Bİldirilib ki, hadisə yerinə çox sayda polis və təcili yardım briqadaları göndərilib. 

Hadisə nəticəsində bir nəfər silahlı şəxsin də saxlanıldığı bildirilib. Həmçinin, ictimaiyyətə ətraflı məlumatın veriləcəyi qeyd olunub.

Zərifə Nağıyeva