ABŞ Ukraynaya yeni yardım paketi ayırır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, Ukraynanın kritik təhlükəsizlik ehtiyaclarını ödəmək üçün 200 milyon dollar dəyərində yeni hərbi yardım paketinə ehtiyac var.
“Bu yardım paketinə Ukraynanın hava təhlükəsizliyini təmin etmək üçün lazım olan imkanlar, uzaqmənzilli və tank əleyhinə silahlar, ABŞ tərəfindən əvvəllər verilmiş avadanlıqları dəstəkləmək üçün lazım olan avadanlıqlar daxildir”, - Kirbi bildirib.
O, qeyd edib ki, paketə hava hücumundan müdafiə sistemlərinə daxil olan tutucular, HIMARS üçün döyüş sursatı və tank əleyhinə silahlar, o cümlədən Javelin raketləri daxil olacaq.