Panama Venesuela ilə diplomatik əlaqələri dayandırıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino mətbuat konfransı zamanı deyib.
"Panama hökuməti xalqın həqiqi iradəsini müəyyən etmək üçün protokolların və elektron səsvermə sisteminin tam auditi həyata keçirilənə qədər Venesueladan diplomatik heyətin geri çağırıldığını və Venesuela ilə diplomatik əlaqələrin dayandırıldığını elan edir", - Panama lideri bildirib.
O əlavə edib ki, Panama Venesueladakı vəziyyəti müzakirə etmək üçün xarici işlər nazirləri ilə məsləhətləşmələr aparmaq üçün Amerika Dövlətləri Təşkilatının (DTŞ) Daimi Şurasının iclasını tələb edəcək.
Xatırladaq ki, Venesuela Milli Seçki Şurası artıq Nikolas Maduronu seçilmiş prezident elan edib.