Qərb Rusiya ilə mübarizə aparmaq üçün Ermənistanla münasibətdə aktiv siyasət yürüdür.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində Ankara Universitetinin professoru Yıldız Bozkuş deyib.
O qeyd edib ki, Avropa İttifaqı Ermənistana üzvlük və maliyyə yardımı vəd edərək, İrəvandan Rusiya və İrana qarşı qarşıdurmada istifadə etməyə çalışır. Hazırda ABŞ da eyni siyasəti yürüdür. Beləliklə, iyul ayında baş tutan erməni-amerikan hərbi təlimləri Moskvaya ciddi siqnaldır.
Bozkuş vurğulayıb ki, ABŞ hərbi nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləməsi iki ölkə arasında münasibətlərdə yeni strateji dövrün başlanmasından xəbər verir.