Almaniya Danimarka ilə birgə layihə çərçivəsində səkkiz "Leopard 1 A5" tankını Ukraynaya təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Hökumət saytının məlumatına görə, yeni tədarükü nəzərə alaraq, Berlin və Kopenhagen artıq Ukrayna Silahlı Qüvvələrinin sərəncamına bu tipli 58 tank verib. İyulun 25-də Niderland Müdafiə Nazirliyi Niderland və Danimarkanın yayın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə 14 Leopard 2 tankı tədarük edəcəyini açıqlayıb.