Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə məşhur ukraynalı alim Aleksey Toloçkonu saxlayıb.
"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, Toloçko tarix elmləri doktoru, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvüdür. O, akademik, arxeoloq və orta əsr tarixçisi Pyotr Toloçkonun oğludur.
Məlumata görə, alim xüsusi hərbi əməliyyat başlamazdan əvvəl yazılmış kitablara görə ittiham olunur.
Öz növbəsində, Təhlükəsizlik Xidməti Toloçkonu sosial şəbəkələrdə Rusiyanın hərəkətlərini dəstəkləməkdə və yazılarında “Ukrayna dövlətçiliyinin inkişafının tarixi faktlarını” saxtalaşdırmaqda ittiham edib.
Alimi 10 ilə qədər həbs gözləyir.