İyulun 30-na keçən gecə Venesuelada seçkilərin qalibi Nikolas Maduroya qarşı keçirilən etiraz aksiyaları polislə toqquşmalarla başa çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insidentdə ən azı iki nəfərin ölüb, 20-dən çox insan yaralanıb.
***08:44
Hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi Venesuelada keçirilən prezident seçkilərinin ardınca etirazlar ölkənin paytaxtına yaxın olan La Quayra ştatına da yayılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, burada nümayişçilər Venesuelanın keçmiş prezidenti Uqo Çavesin heykəlini söküb yandırıblar.
Qeyd olunur ki, prezident seçkilərində 51,2% səs toplayan Maduro Çavesin davamçısıdır.
Etirazçılar yuxarıda adı çəkilən Venesuela əyalətində şinləri yandıraraq barrikadalar qurmağa başlayıblar. Seçkilərin nəticələri ilə razılaşmayanlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar da qeydə alınıb.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopezin məlumatına görə, Karakasda iğtişaşlar zamanı 23 hərbçi yaralanıb. Onların bəziləri güllə yarası alıb.
Gülayə Mecid