"Venesuela müxalifətinin lideri Mariya Korina Maçado iddia edir ki, ölkədəki hazırkı prezident Nikolas Maduronun qələbəsi ilə razılaşmayan siyasi qüvvələrin seçkilərdə saxtakarlığa dair sübutları var".
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Maçado və digər müxalifət liderlərinin dediyinə görə, bu rəqəmlər sağçı namizəd Edmundo Qonzalesin qəti və “riyazi cəhətdən dönməz” qələbəsini nümayiş etdirir.
Agentliyin yazdığı kimi, Venesueladakı müxalifət tərəfdarları Maduronun rəqibi Qonzalesin seçkilər zamanı təxminən 70% səs toplaya bildiyini iddia edirlər.
Gülayə Mecid