2016-cı ildə ailə həyatı quran türkiyəli aktrisa Neslihan Atagül və Kadir Doğuludan şad xəbər gəlib.

"Unikal" xəbər verir ki, uzun müddətdir heç bir layihədə yer almayan Atagül sosial media hesabında paylaşdığı paylaşımla ana olacağını açıqlayıb. 

O,  paylaşımında "Bu xoşbəxtliyi bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdır. Bir sözlə, biz xoşbəxtik, razıyıq və yaxşıyıq", - deyə qeyd edib.

Zərifə Nağıyeva