Hindistanın Carkhand ştatında sərnişin qatarının 18 vaqonu relsdən çıxıb.
"Unikal" xəbər verir ki, hadisə əyalətinin Qərbi Sinqhbhum bölgəsində baş verib. Sərnişin qatarının 18 vaqonu relsdən çıxması nəticəsində 2 nəfər ölüb.
İlkin araşdırmalara görə, qəzaya səbəb əks istiqamətdən gələn yük qatarının relsdən çıxaraq sərnişin qatarına çırpılması olub.
Qəza nəticəsində çox sayda insanın yaralandığı bildirilib.
Zərifə Nağıyeva