Türkiyənin Aydın şəhərində 56 il öncə ailə həyatı quran cütlük maddi sıxıntılar səbəbi ilə toy edə bilməyib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, toy edə bilməyən cütlük yarım əsr sonra toy həyəcanı yaşayıb.
Kuşadası Bələdiyyəsindən verilən açıqlamaya görə, 1968-ci ildə ailə quran lakin o zaman toy edə bilməyən 5 övlad sahibi 75 yaşlı Güllü və 79 yaşlı Mustafa Günəşin toyu təşkil edilib. Təşkil edilən toy məclisində cütlük ilk dəfə gəlinlik və bəy kostyumu geyinib.
Fidan Nuriyeva