Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla İran Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın görüşü baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Görüşdə İran prezidenti dəvəti qəbul edib İrana işgüzar səfərə gəldiyinə görə baş nazir Paşinyana təşəkkür edib. Pezeşkian əlavə edib ki, İran dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin davamlı inkişafını yüksək qiymətləndirir.
Baş nazir vurğulayıb ki, İranla çoxtərəfli əməkdaşlıq ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Ağarza Elçinoğlu