Birləşmiş Ştatlar genişmiqyaslı müharibəyə hazır deyil.
"Unikal" xəbər verir ki, bu barədə “ Defence News” portalı ABŞ Konqresinin Komissiyasının hesabatına istinadən məlumat yayıb.
Nəşrin müəllifinin sözlərinə görə, Vaşinqton sonuncu dəfə 35 il əvvəl Soyuq Müharibə dövründə bu tipli münaqişəyə hazır olub.
“Bu gün ABŞ müharibəyə hazır deyil. Hərbçilərin döyüşdə qarşısını ala və qalib gələ biləcəyinə əmin olmaq üçün lazım olan imkanlar və hərbi imkanlar yoxdur”, - nəşr yazır.
Komissiyanın fikrincə, ABŞ müdafiə sənayesinin hazırkı vəziyyəti Çindən geri qalır.
Gülayə Mecid