Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kriger cinayət məcəlləsinin altı maddəsi ilə təqsirli bilinib və o, məhkəmə tərəfindən müstəsna cəzaya - ölüm hökmünə məhkum edilib. Daha əvvəl bildirilmişdi ki, Kriger Belarus prezidentinə əfv tələbi ilə müraciət edib.
Kriger oktyabrın 6-da Minskdən Bakıya uçmaq niyyətində olan zaman saxlanılıb.