Fransanın cənubunda tapança ilə silahlanmış qadın uşaq bağçasına atəş açmağa başlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, qadın polis tərəfindən saxlanılıb.
Onun üzərindən tapılan silahın boş patronlarla dolu olduğu məlum olub. Qadının üzərindən bıçaq da tapılıb.
Onun hərəkətləri nəticəsində heç kim zərər görməyib.