HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində sui-qəsd nəticəsində öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Belə ki, bu gün səhər saatlarında Haniyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.
Hadisə nəticəsində HƏMAS lideri və onun mühafizəçilərindən biri də öldürülüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Gülayə Mecid