Birləşmiş Ştatlar Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən qlobal bazarlara Ermənistan və Azərbaycan vasitəsilə yeni quru yolu yaratmağı düşünür.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.
"Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən yol aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar".
Ağarza Elçinoğlu