Hindistanda qadın keçmiş əri tərəfindən zəncirlə ağaca bağlanaraq meşədə tərk edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kumar adlı qadın nə az, nə də çox düz 40 gün meşədə ac-sussuz qalıb. 

Qadını günlər sonra çoban xilas edib. Polis hadisənin motivlərini öyrəndikdən sonra qadının keçmiş ərinİ adam öldürməyə cəhd ittihamı ilə saxlayıb. 

Kumar xəstəxanaya yerləşdirilib. Qadının ümumi vəziyyətinin yaxşı olduğu, lakin psixi problemlərinin olduğu və müşahidə altında saxlanıldığı bildirilib.

Zərifə Nağıyeva