Rusiya Federasiyasında Qərbi Nil qızdırması (QNV) hallarının sayının artması həkimlər və elmi ictimaiyyət nümayəndələri arasında narahatlıq yaradır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, artıq ölkədə bu infeksiyaya yoluxanların sayı 7-dir. Bütün xəstələrin Rusiya Federasiyası Səhiyyə Nazirliyinin stasionar yoluxucu xəstəliklər mərkəzlərində müalicə olunduğu bildirilib.
Eyni zamanda mütəxəssislər epidemiya əleyhinə tədbirlər həyata keçirməyə başlayıblar.
Gülayə Mecid