"Rusiya Federasiyası 2020-ci il müharibəsindən əvvəl və sonra uzun illər ərzində Ermənistanın təhlükəsizliyinin təminatçısı olub, lakin bu, uğursuzluğa düçar olub".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağdakı əraziləri geri aldıqdan sonra Ermənistan Rusiyaya arxa çevirib: "Bu, münasibətlərin kəskin şəkildə pozulmasına gətirib çıxardı, Ermənistan əhalisinin əksəriyyəti Rusiyadan daha da uzaqlaşmaq istəyir. Biz isə bunun baş verməsi üçün şərait yaradırıq".
O vurğulayıb ki, ABŞ Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi cəsarətli addımlar atmasına şərait yaratmaq istəyir: "Söhbət Rusiya ilə münasibətləri kəsməkdən gedir. Ermənistan ABŞ-nin çox vaxt sərf etdiyi mövzudur. Bir neçə ay əvvəl biz baş nazir Paşinyanla görüşdük və Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün yeni platformanı təsdiq etdik. Ermənistan demək olar ki, tamamilə iqtisadi və enerji baxımından Rusiyadan asılıdır. Biz bunu diversifikasiya etməliyik".
Ağarza Elçinoğlu