Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında sabit sülhün bərqərar olmasına yönəlmiş səyləri bərpa edir. 

"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

İki yüksək rütbəli diplomat Mişelin bu ayın əvvəlində Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.

Bu görüşlər barədə əvvəllər məlumat verilməyib və Azərbaycan Ermənistanı sammitin kənarında liderlər səviyyəsində görüşdən imtina etməkdə ittiham edib.

Mişel eyni vaxtda hər iki tərəfə mesaj göndərərək, onları danışıqlar masasına qayıtmağa və bəzi məsələlərdə, xüsusən də sərhədlərin demarkasiyasına dair irəliləyiş əldə etməklə sülh sazişini yekunlaşdırmağa çağırıb.

Lakin aylarla davam edən diplomatiya dalana dirəndikdən sonra, çoxdan gözlənilən razılaşmanın baş tutmamasından sonra Brüsseldə məyusluq artır: "Günün sonunda hər iki tərəf razılığa gəlməlidir, çünki prezident Mişel Aİ-nin sülh razılaşmasına nail olmaq üçün əlindən gələni edib". 

Böyük Britaniyadakı görüşlər Azərbaycanın Qarabağ bölgəsini geri almaq üçün hərbi əməliyyata başlamasından cəmi 9 ay sonra keçirilib.

Bu, Mişelin rəhbərlik etdiyi aylarla davam edən danışıqlardan sonra və Qərbin yalnız diplomatik həllin regiona sülh gətirə biləcəyi barədə xəbərdarlıqlarına baxmayaraq baş verib.

Nəşr həmçinin bildirib ki, hazırda gərginlik yenidən artmaqdadır və ötən həftə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanı iki ölkənin ümumi sərhədi boyunca təxribatlarda ittiham edib.

Ağarza Elçinoğlu