HƏMAS lideri ismayıl Haniyənin qətlinin videosu yayımlanıb.
"Unikal" xəbər verir ki, İranın aviasiya və müdafiə məsələlərini işıqlandıran İran əsilli avropalı jurnalist Babək Təqvayi “X” hesabında video paylaşaraq yazıb:
“Mossadın İrandakı əməliyyatçıları HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına bir ədəd İsrail istehsalı “Spike NLOS” tank əleyhinə raket atıblar. Birinci raket onu partladıb, ikincisi isə onun dünyaya qayıtmayacağını təmin edib. “Spike NLOS" belə işləyir!”.