Birləşmiş Ştatlar HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsində iştirak etmir və bundan xəbəri də yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlayıb. 

"Bizim bundan xəbərimiz yox idi və iştirak etməmişdik. Bu barədə spekulyasiya etmək çox çətindir", - Blinken bildirib.

O, Yaxın Şərqdə 9 aydır davam edən müharibəyə son qoymaq üçün atəşkəsin vacibliyini vurğulayıb.

Diplomat qeyd edib ki, atəşkəs zərurəti regionda gərginliyi azaltmağın ən yaxşı yoludur.

Ağarza Elçinoğlu