Çinin Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, araşdırmalar Çin hökumətinə bağlı agentlərin Almaniya Milli Xəritəçəkmə Ofisinə qarşı kiberhücumlarda birbaşa iştirak etdiyini müəyyən edib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirib ki, Berlin kəşfiyyat xidmətlərindən etibarlı məlumatlara malikdir və bu, ölkənin Federal Xəritəçəkmə Agentliyinin kiberhücuma məruz qaldığını göstərir: "Almaniya hökuməti bu kiberhücumu qətiyyətlə pisləyir və Pekindən bu cür fəaliyyətlərdən çəkinməyi xahiş edir".
Fişer Çin səfirinin Almaniya Xarici İşlər Nazirliyinə sonuncu dəfə 1989-cu ildə Tiananmen meydanındakı insidentdən sonra çağırıldığını bildirib.
Ağarza Elçinoğlu