ABŞ Gürcüstana yardımı dayandırır və Gürcüstan hökumətinin hərəkətlərini Avropa İttifaqına (Aİ) və NATO-ya üzvlüklə bir araya sığmadığını hesab edir.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.
“Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. ABŞ Gürcüstan hökumətini dəstəkləmək üçün 95 milyon dollardan çox yardımı dayandırır”, - Blinken bildirib.
Onun sözlərinə görə, Tbilisinin “yalan və antidemokratik bəyanatları” ölkənin Avropa İttifaqı və NATO-ya üzvlük normaları ilə bir araya sığmır.